Asif Əsgərov 3-cü Alatavada sakinlərlə görüşüb

Tarix : 2020/09/19 10:59     Kateqoriya : SOSİAL    


	Asif Əsgərov 3-cü Alatavada sakinlərlə görüşüb

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü Alatavada aparılan abadlıq-quruculuq işlərinin gedişi ilə  tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.

Nəsimi rayon İcra Hakimiyyətindən “Faktat.az”-a verilən məlumata görə, görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri  uğurla həyata keçirilir. Görülmüş işlərin davamı olaraq 3-cü Alatava yaşayış sahəsində kommunikasiya xətləri təmir edilmiş, məhəllədaxili yollara yeni asfalt örtüyü vurulmuşdur. Hal-hazırda yaşayış sahəsində abadlıq işləri davam etdirilir.

Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmiş, qaldırılan məsələlər həll olunmuşdur.