Prezident İlham Əliyev İranda səfərdədir

Tarix : 2016/02/23 12:02     Kateqoriya : PREZİDENT    


	Prezident İlham Əliyev İranda səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Tehrana rəsmi səfərə gedib.

“İRNA” xəbər verir ki, Mehrabad beynəlxalq hava limanında Prezident İlham Əliyevi İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi qarşılayıb.
 
İlham Əliyev həmkarı Həsən Ruhaninin dəvəti əsasında İranda səfərdədir. Səfər zamanı iki ölkə arasında 10 sənədin imzalanacağı gözlənilir.