Dünya Bankı neftin qiyməti üzrə proqnozunu açıqlayıb

Tarix : 2020/10/23 13:31     Kateqoriya : İQTİSADİYYAT    


	Dünya Bankı neftin qiyməti üzrə proqnozunu açıqlayıb

Dünya Bankı xam neftin qiymətinə dair proqnozunu açıqlayıb.

Faktat.az” Dünya Bankına istinadla xəbər verir ki, cari ildə xam neftin bir barrelinin qiyməti keçən ilə nisbətən 33,2 faiz azalacaq və orta hesabla 41 dollar səviyyəsində olacaq.

Neftin qiymətinin 2021-ci ildə isə 7,3 faiz artımla orta hesabla 44 dollar/barrelə çatacağı gözlənilir.