Seyid Abbas Musəvi: "İran xalqı Azərbaycan xalqının sevincinə sevinir"

Tarix : 2020/10/23 16:46     Kateqoriya : SİYASƏT    


	Seyid Abbas Musəvi: "İran xalqı Azərbaycan xalqının sevincinə sevinir"

"İran xalqı Azərbaycan xalqının sevincinə sevinir"

“Hörmətli Cənab Prezident, İranla Azərbaycan arasında təqribən 760 KM olan həmsərhəd ərazilər, əcnəbilərin və pis niyyətli şəxslərin iştirakı və müdaxiləsi olmadan iki ölkə xalqları üçün sülh, təhlükəsizlik və dostluq sərhədi olaraq qalacaqdır. İran xalqı Azərbaycan xalqının sevincinə sevinir". 

Faktat.az-ın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” hesabında yazıb.

Qeyd edək ki, ötən gün Zəngilanın Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və İran xalqını təbrik edib.