"Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur"-RƏSMİ

Tarix : 2020/10/23 22:22     Kateqoriya : SİYASƏT    


	"Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur"-RƏSMİ

Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd şəhərlərini guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.

Bu barədə Faktat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.