Prezident İlham Əliyev: «İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq»

Tarix : 2020/10/24 13:52     Kateqoriya : PREZİDENT    


	Prezident İlham Əliyev: «İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq»

"Biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik"

Faktat.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsi zamanı ünvanlanan "İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etmisinizmi, İran rəhbərləri ilə danışmısınızmı?" suala cavab verərkən deyib. 

Prezidentin sözlərinə görə, Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq: 

"Bəli, biz bunu etmişik. Mənim bildiyimə görə İranın rəhbərləri, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən silahların bəziləri sərhədi keçmişdir. Lakin bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq".