Ermənistanda koronavirusa yoluxanların sayı 78 mini keçib

Tarix : 2020/10/26 12:45     Kateqoriya : DÜNYA    


	Ermənistanda koronavirusa yoluxanların sayı 78 mini keçib

Ermənistanda son sutka ərzində daha 973 nəfərdə koronovirus aşkarlanıb. Daha 16 nəfər isə pandemiyanın qurbanı olub.

Faktat.az” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 78 min 810-a yüksəlib.

Bu infeksiyadan ölənlərin sayı isə 1196-ya çatıb.

Hazırda Ermənistanda 26 min 113 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.