Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır-RƏSMİ

Tarix : 2020/10/27 12:14     Kateqoriya : SİYASƏT    


	Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır-RƏSMİ

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Bu barədə Faktat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur.