Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur-RƏSMİ

Tarix : 2020/10/27 20:47     Kateqoriya : SİYASƏT    


	Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur-RƏSMİ

Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə Faktat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.
Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.