Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Tarix : 2020/10/28 11:05     Kateqoriya : SİYASƏT    


	Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Faktat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı XİN başçıları Dağlıq Qarabağdakı son vəziyyəti, münaqişəyə dair yenilikləri müzakirə ediblər.