Anar Kərimov: "Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir"

Tarix : 2020/10/28 15:41     Kateqoriya : MƏDƏNİYYƏT    


	Anar Kərimov: "Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir"

İşğal edilmiş ərazilərimizdəki tarixi abidələrin təyinatının dəyişdirilməsi haqqında faktlar var.

Faktat.az-ın məlumatına görə, bunu Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, Zəngilandakı məscid tövlə kimi istifadə edilib:

“Zəngilandakı məscidlə bağli ürəkağrıdıcı mənzərəni görmüşük. O, tövlə kimi istifadə edilib. Bu, beynəlxalq normaların pozulması ilə yanaşı, müsəlman, islam dünyası üçün bir təhqirdir. Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək və onlara dəyər veriləcək. Biz ümud edirik ki, beynəlxalq təşkilatlar Ermənistanı tarixi abidələri nişan alıb məhv etməsini dayandırmağa çağıracaq".