Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb

Tarix : 2020/10/28 15:45     Kateqoriya : SİYASƏT    


	Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda olan hərbi atteşeləri Bərdədə erməni terrorunun nəticələrini əyani şəkildə görmək üçün Bərdəyə səfər etməyə çağırıb.

Faktat.az-ın məlumatına görə, H.Hacıyev bildirib ki, vəziyyət dəqiq öyrənildikdən sonra hərbi atteşelərə məlumat veriləcək:

“Hərbi qurumlarla razılaşdırdıqdan sonra Azərbaycanda olan hərbi atteşelərin vəziyyətlə əyani şəkildə tanış olması üçün sizi Bərdəyə səfər etməyə dəvət edirəm”.