Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib

Tarix : 2020/10/30 14:09     Kateqoriya : İQTİSADİYYAT    


	Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib

Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib və artım 3,4 faiz təşkil edib.

Faktat.az” xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.

“Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Bu, ümumi daxili məhsulun 100 faiz səviyyəsini üstələyir”, - deyə E.Rüstəmov bildirib.