Daxili İşlər Nazirliyi: Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin üstü açılıb

Tarix : 2020/10/30 14:11     Kateqoriya : ARAŞDIRMA    


	Daxili İşlər Nazirliyi: Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin üstü açılıb

Ötən gün ərzində törədilmiş 26 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Faktat.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.