Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov

Tarix : 2020/10/31 18:28     Kateqoriya : SİYASƏT    


	Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov

Azərbaycan Ordusu bütün beynəlxalq normalara tam olaraq əməl edir.

Faktat.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, düşmən ağır itkilər verərək geri çəkilir. Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir:

"Təəssüf ki, düşmən elan olunan humanitar atəşkəslərdən sui-istifadə edərək mövqelərimizə hücum etməyə cəhd edir. Lakin itki verərək geri çəkiliblər".

A.Eyvazov vurğulayıb ki, düşmən döyüş meydanında Azərbaycan Ordusuna cavab verə bilmədiyinə görə, yaşayış məntəqələrimizi atəşə tutur.