Hikmət Hacıyev: Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir

 
Tarix : 2020/11/03 08:05     Kateqoriya : SİYASƏT    


	Hikmət Hacıyev: Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir

	 

"Ermənistanda fosfor silahının istifadəsi geniş praktikaya malikdir. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı. ATƏT nümayəndələrini - hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi".

Faktat.az” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.