Ayətullah Seyid Əli Xamenei: "Ermənistan işğal etdiyi bütün əraziləri Azərbaycana qaytarmalıdır"

Tarix : 2020/11/03 12:45     Kateqoriya : SİYASƏT    


	Ayətullah Seyid Əli Xamenei: "Ermənistan işğal etdiyi bütün əraziləri Azərbaycana qaytarmalıdır"

Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır.

 “Faktat.az” xəbər verir ki, bu haqda İranın dini lideri Ayətullah Seyid Əli Xamenei bugünkü müraciətində bildirib.

İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsinin zəruri olduğunu, Azərbaycanın bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı olduğunu bildirib:
“İranın iki qonşusu arasında baş verən döyüşlər təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır.Müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidirlər”