Azərbaycanda zəlzələ olub

Tarix : 2020/11/05 08:27     Kateqoriya : SOSİAL    


	Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ qeydə alınıb.

Faktat.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə İmişli ərazisində 52 km dərinlikdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.