Yaponiya ABŞ və Rusiya arasında Suriyada atəşkəslə bağlı razılaşmanı alqışlayıb

Tarix : 2016/02/23 18:43     Kateqoriya : DÜNYA    


	Yaponiya ABŞ və Rusiya arasında Suriyada atəşkəslə bağlı razılaşmanı alqışlayıb

Yaponiya ABŞ və Rusiya arasında Suriyada atəşkəslə bağlı razılaşmanın əldə olunmasını alqışlayıb. Bu barədə Yaponiyanın xarici işlər naziri Fumio Kişida fevralın 23-də təşkil edilən mətbuat konfransında məlumat verib.
 
F.Kişida deyib: “Biz bu razılaşmanı alqışlayırıq. Hesab edirik ki, Suriyada vəziyyətin sabitləşməsi üçün bütün mümkün vasitələrdən tam gücü ilə istifadə davam etdirilməlidir”.
 
Nazir əlavə edib ki, Yaponiya Suriya məsələsi ilə bağlı, xüsusən humanitar yardım göstərmək üçün digər ölkələrlə əməkdaşlığı davam etdirəcək./AZƏRTAC/