AFFA üç klubu cəzalandırıb

Tarix : 2016/02/23 18:45     Kateqoriya : Ä°DMAN    


	AFFA üç klubu cəzalandırıb

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunun oyunlarında baş verənlər müzakirə olunub.
 
“İnter”–“Kəpəz” matçında dörd futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri min manat cərimə ödəyəcək. “Qarabağ”–“Neftçi” qarşılaşmasında qonaqların dörd futbolçusu sarı vərəqə aldığı üçün paytaxt klubu da min manat ziyana düşüb.
 
“Rəvan” isə “Zirə” ilə matçda Elnur Abdulova görə cəzalanıb. Oyunun videoyazısına baxıldıqdan sonra aşkar olub ki, “Rəvan”ın futbolçusu E.Abdulov 75-ci dəqiqədə meydançaya daxil olarkən formasında adı qeyd olunmayıb. Klub E.Abdulovun adsız formasına görə min manat cərimə olunub.