Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin növbəti hərbi kolonu məhv edilib”

Tarix : 2020/11/08 11:30     Kateqoriya : SİYASƏT    


	Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin növbəti hərbi kolonu məhv edilib”

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.

Bu barədə “Faktat.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.