Co Bayden ABŞ-ın 46-cı Prezidenti seçilib

Tarix : 2020/11/08 11:36     Kateqoriya : DÜNYA    


	Co Bayden ABŞ-ın 46-cı Prezidenti seçilib

Prezident seçkilərində 290 seçkiçi səsini qazanan Demokrat Partiyasının namizədi Co Bayden ABŞ-ın 46-cı Prezidenti olub. Donald Trampın səslərinin sayı isə 214-ə bərabərdir.

 “Faktat.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Co Bayden ilk açıqlamasında Amerika xalqının onu Prezident seçməsindən qürur duyduğunu və qarşıda çətin bir dövrün olduğunu deyib.

Donald Tramp isə ABŞ-da prezident seçkilərinin qeyri-rəsmi nəticələrinə görə, Co Baydenin qalib gəlməsindən sonra açıqlama verərək, Amerika xalqının layiq olduğu dürüst səs sayına və tələb etdiyi demokratiyaya sahib çıxana qədər mübarizə aparacağını bildirib.

Tramp açıqlamasında Baydenə mətbuatda olan müttəfiqlərinin kömək etdiyini və onların həqiqətin ortaya çıxmasını istəməkdiklərini deyib. O, seçkilərin nəticələrinin sayılmasının hələ bitmədiyini vurğulayıb, xüsusilə göstəricilərin çox yaxın olduğu əyalətlərdə səslərin təkrar sayılacağını və seçkinin nəticələrinə media vasitəsilə deyil, qanuni yollarla qərar veriləcəyini ifadə edib.