Azərbaycanda COVID-19-a yoluxmanın statistikası açıqlanıb.
“Faktat.az” koronavirus.info-ya istinadən xəbər verir ki, ən çox yoluxma 54.4 faizlə Bakı şəhərinin payına düşür.
Belə ki, Abşeronda yoluxma faizi 14.1 faiz, Aranda 10.7 faiz, Gəncə-Qazaxda 7.0 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 2.9 faiz, Dağlıq Şirvanda 1.8 faiz, Yuxarı Qarabağda 1.1 faizdir.
Naxçıvanda yoluxma 0.07 faiz, ölkə xarici yoluxma isə 0.8 faiz təşkil edir.