Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısı

Tarix : 2021/01/18 18:52     Kateqoriya : MÖVQE    


	Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısı

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

«Faktat.az» nazirliyin saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumatlar yer alır.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı