BƏƏ SƏFİRLİYİ AZƏRBAYCAN NAZİRLİKLƏRİ İLƏ BİRGƏ TƏDBİR KEÇİRİB 

Tarix : 2021/03/04 15:02     Kateqoriya : SİYASƏT    


	BƏƏ SƏFİRLİYİ AZƏRBAYCAN NAZİRLİKLƏRİ İLƏ BİRGƏ TƏDBİR KEÇİRİB 

4 mart tarixdə Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Beynəlxalq Qadınlar Gününə həsr edilmiş online tədbir keçirib.

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Səfirliyin müvəqqəti işlər vəkili cənab Abdalla AlShamsi müzakirələrin məhsuldar olacağına inamını ifadə edərək, bu tədbirin dost ölkələrimiz arasında gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi sahəsində təcrübə mübadiləsi sahəsində bir fürsət olduğunu qeyd etmişdir.

Həmçinin, cənab AlShamsi bildirmişdir ki, Birləşmiş Ərəb Əmirlikləri, ölkənin inkişafında bu qədər mütərəqqi və aktiv qadınların olmasından qürur duyur. Beləliklə, BƏƏ-nin təqvimlərində rəsmi olaraq bu torpağın xanımlarına həsr olunmuş xüsusi bir gün var - 28 avqust. Həmin gün millətin qadınlarının BƏƏ-nin inkişafındakı rolunu tanımaq məqsədi daşıyır. Tarixi Millətin Anası Şeyxə Fatimə bint Mübarək seçmişdir. Bu tarix 1975-ci ildə Ümumi Qadınlar Birliyinin yaranmasına təsadüf edir.

Ümumiyyətlə, BƏƏ Konstitusiyası bütün vətəndaşlarına bərabər hüquqları təmin edir və BƏƏ-dəki qadınlar kişilərlə eyni hüquqi statusa və hüquqlara sahibdirlər. BƏƏ Strateqiyası qadınların təhsili, sağlamlığı, iqtisadi fürsəti, siyasi iştirakı və gender balanslı qanun yaradıcılığının inkişafını dəstəkləyir. BƏƏ qadınları liderlik, texniki və akademik rollarda vəzifə tuturlar. BƏƏ-də nazir vəzifəsində olan qadınlar da var.

Əmirlik qadınları, həmçinin, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin heyətinə qoşulur və xarici ölkələrdə diplomat kimi fəaliyyət göstərirlər. Onlar ölkəni yüksək səviyyədə təmsil edirlər. Zati-Aliləri Prezident Xəlifə bin Zayed Əl Nəhyanın fərmanına əsasən Federal Milli Şuranın seçilmiş üzvlərinin 50% -i qadın olmalıdır.

BƏƏ qadınları eləcə də uğurlu iş qadınlarıdır. Bildiyiniz kimi, BƏƏ Ümid zondunu Marsa müvəffəqiyyətlə göndərdi. Fakt budur ki, bu Missiya komandası üzvlərinin 34 faizi Əmirlik qadınlarıdır.

Qadınların hüquqlarının genişləndirilməsi və qorunması BƏƏ-nin xarici yardım strategiyasının əsas sütunlarından biridir. BƏƏ "100 Faiz Qadın" siyasəti hazırlayıb. Bu siyasətə əsaslanaraq BƏƏ bu məsələni Əmirliklərin humanitar proqram və layihələrinin bir hissəsi kimi saxlayır.

Daha sonra tədbir iştırakçıları birlikdə BƏƏ qadın gününə həsr edilmiş video izləmişdir. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi beynəlxalq əlaqələr şöbəsi sektor müdiri xanım Mətanət Məmmədova “Azərbaycanın görkəmli idmançı qadınları”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi beynəlxalq əməkdaşlıq və innovativ inkişaf departamenti baş konsultant xanım Günel Məmmədova “Qadın hüquqlarının

genişləndirilməsində mədəni və kreativ sənayelərin rolu”, Azərbaycan Respublikası Təhsil Nazirliyi beynəlxalq əməkdaşlıq departamenti mütəxəssis cənab Teymur Şirinov “Gender bərabərliyində təhsilin rolu” mövzusunda maraqlı çıxışlar etmişlər.