Bahar Muradova: «Gender mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirməliyik»

Tarix : 2021/03/04 15:23     Kateqoriya : PARLAMENT    


	Bahar Muradova: «Gender mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirməliyik»

Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar. Azərbaycanda qadına həmişə hörmət olub, hər zaman Ana adı uca tutulub.

Bunu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova bu gün Milli Məclisdə gender bərabərliyi ilə əlaqədar keçirilən dinləmədə deyib.

Dövlət komitəsinin sədri diqqətə çatdırıb ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun qəbul edilməsindən artıq 15 il ötür. Onun sözlərinə görə, zaman keçdikcə bütün sahələrdə olduğu kimi qanunlarda da dəyişikliklərin edilməsi vacibdir.

Bahar Muradova deyib: “Düşünürəm ki, dövlət qurumlarının təqdim etdiyi bütün hesabatlar cins kateqoriyasına uyğun şəkildə aparılmalıdır. Gender həssas yanaşmanı özündə əks etdirməlidir.

Əsas təşkilatlarda, qurumlarda çalışan qadınların sayı deyil, görülən işdir. Gender mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirməliyik. Bütün səviyyələrdə hər sahədə təlimlərin aparılması məqsədəuyğun olardı”./AZƏRTAC/