Putin amerikalı həmkarı ilə görüşün səmərəli keçdiyini qeyd edib

Tarix : 2021/06/17 09:53     Kateqoriya : DÜNYA    


	Putin amerikalı həmkarı ilə görüşün səmərəli keçdiyini qeyd edib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin Cenevrədə görüşü başa çatıb.

Görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı keçirib.

Rusiya lideri Prezident Co Bayden ilə görüşün bütövlükdə səmərəli keçdiyini qeyd edərək deyib ki, tərəflər hər iki ölkənin səfirlərinin geri qayıtması, məhkum edilmiş şəxslərin təhvil verilməsinin müzakirə olunması barədə razılığa gəlib, Arktika, Ukrayna, kibertəhlükəsizlik ətrafında vəziyyəti müzakirə ediblər.

Görüşün yekunlarına dair strateji sabitlik barədə birgə bəyanat imzalanıb. Tərəflər nüvə müharibəsinin baş verməsinin mümkünsüzlüyünü vurğulayıblar.