Ceyhun Bayramov Türkiyə Respublikasında işgüzar səfərdədir

Tarix : 2021/06/17 16:43     Kateqoriya : SİYASƏT    


	Ceyhun Bayramov Türkiyə Respublikasında işgüzar səfərdədir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

XİN-nin Mətbuat xidməti idarəsindən “Faktat.az”-a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.