Bu ilin beş ayında 732,6 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Tarix : 2021/06/18 12:55     Kateqoriya : SOSİAL    


	Bu ilin beş ayında 732,6 min şəxsə sosial müavinət və təqaüd ödənilib

Həmin istiqamət üzrə keçən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz çox olmaqla, 420,1 mln. manat ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Faktat.az”-a verilən məlumata görə, bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 732,6 min şəxsə sosial müavinət və Prezidentin aylıq təqaüdləri ödənilib.

Onlardan 437,4 mini aylıq və birdəfəlik sosial müavinətlə, 295,2 mini Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Qeyd olunan müavinət və təqaüdlər üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz və ya 26,2 mln. manat çox olmaqla, 420,1 mln. manat ödənilib.