Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub.
«Fakt-Araşdırma» TASS-a istinadən xəbər verir ki, bu barədə Nepalın Turizm Nazirliyi məlumat verib.
Aviasiya naziri Ananda Pokhrel isə bildirib ki, təyyarə ölkənin qərb hissəsindəki Maqdi rayonunun Kekarko Butta meşəsində tapılıb.
Qeyd edək ki, təyyarənin göyərtəsində 20 sərnişin, 3 ekipaj üzvü olub. “Tara Airlines” aviaşirkətinə məxsus, Pokhardan Comsoma uçan təyyarə ilə əlaqə havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra itib.