Əfqanıstan ordusunun 94 hərbçisi Tacikistan ərazisinə keçib

 
Tarix : 2021/07/05 09:44     Kateqoriya : DÜNYA    


	Əfqanıstan ordusunun 94 hərbçisi Tacikistan ərazisinə keçib

	 

Tacikistan-Əfqanıstan sərhədindəki Bədəxşan əyalətinin Xoxon qəzası Taliban terrorçularının nəzarətinə keçib.

Tacikistan Dövlət Təhlükəsizliyi Komitəsinin mətbuat xidməti xəbər verir ki, Əfqanıstan ordusunun 94 hərbçisi həyatlarını xilas etmək üçün Tacikistan ərazisinə yaxınlaşıb və tacik sərhədçiləri onların “Şoxon” sərhəd zastavasından ölkə ərazisinə girməsinə icazə verib.

Tacikistan sərhədçilərinin nümayəndəsi yerli jurnalistlərə deyib ki, əfqan hərbçiləri ölkə ərazisinə buraxılmasaydı, onların hamısı Taliban terrorçuları tərəfindən öldürüləcəkdi. O bildirib ki, Tacikistan-Əfqanıstan sərhədində vəziyyət gərgin olsa da, nəzarəti bir an da olsa əldən vermirik.