Qarabağ Müharibəsi Qəhrəmanları Fonduna nəşrlərin toplanılması davam etdirilir

Tarix : 2021/07/06 18:54     Kateqoriya : TƏHSİL    


	Qarabağ Müharibəsi Qəhrəmanları Fonduna nəşrlərin toplanılması davam etdirilir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan kitabxana sistemində ilk dəfə olaraq Qarabağ Müharibəsi Qəhrəmanları Fondu yaradılıb. 

AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən Faktat.az-a verilən məlumata görə, Fonda toplanan nəşrlər Birinci və İkinci Qarabağ müharibəsi zamanı vətənimizin tarixində, millətimizin ürəyində özlərinə ölməzlik abidəsi ucaldan Azərbaycanın Milli Qəhrəmanları, şəhidlər, erməni təcavüzü zamanı vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxan qazilər, bununla yanaşı, Azərbaycanın tarixi torpaqları ilə bağlı məlumatların toplanıb qorunması baxımından önəmli rol oynayır.

Hazırda fonda nəşrlərin toplanılması davam etdirilir.