Nəsimi şağirdləri Mübariz İbrahimov adina lisey-məktəb kompileksində olublar
 

Tarix : 2016/02/25 15:15     Kateqoriya : SOSİAL    


	Nəsimi şağirdləri Mübariz İbrahimov adina lisey-məktəb kompileksində olublar

	 

Nəsimi rayonu 5N-li tam orta məktəbdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə böyük önəm verilərək dövlətimizin tədris müəssisələri qarşısında qoyduğu tələblərə uyğun olaraq Xocalı soyqrımının 24-cü ildönümunun qeyd edilməsi istiqamətində fəaliyyət planına uyğun şagirdlərlə bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 24 fevral 2016-cı-il tarixdə “Xocalı soyqrımını tanıtma” ictimai birliyinin  dəstəyi ilə Biləsuvar  rayonunda Milli Qəhrəman Mübariz İbrahimov adına lisey-məktəb kompileksində həyata keçirilən  tədbir oldu. Belə ki, məktəbin direktoru Nərminə Gündüzlü başda olmaqla 5N-li tam orta  məktəbin bir qrup şagirdləri  “Xocalı adlı bir yurd vardı...” proqramı ilə    liseyin qonağı oldular.

Nəsimi rayon İcra Hakimiyyətindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, məktəbin şagirdləri lisey ilə tanış olduqdan sonra  5N-li tam orta   müəllimlərinin rəhbərliyi ilə programa uyğun olaraq  liseyin 7-ci sinfində “Xocalı adlı bir yurd vardı...” motivasiya dərsini həyata keçirtdilər. Dərsdə şagirdlər  qısa bir müddət ərzində Xocalı faciəsi haqqında   aplikasiyalı rəsm yaradıb, mövzu ilə bağlı qoyulmuş sualları cavablandırdılar. Proqrama uyğun olaraq    məktəb və lisey şagirdləri  Biləsuvar şəhər  Heydər Əliyev Mərkəzinin də qonağı oldular və Mərkəzin səhnəsində 5 N-li tam orta  məktəbin  pontamim teatrının üzvləri Xocalı soyqırımı ilə əlaqədar hazırladıqları “Yuxu, yoxsa .......” adlı tamaşasını nümayiş etdirdilər.

Görüşdə iştirak edən Biləsuvar  Gənclər və İdman İdarəsinin rəisi  Akşin Bağırov,yerli İcra hakiiyyətinin , Heydər Əliyev Mərkəzinin  əməkdaşları, “Xocalı Soyqrımını Tanıtma” ictimai birliyinin  nümayəndəsi Zamin Əliyev, həmçinin  məktəb-lisey kompleksinin direktoru Bəhruz Əliyev  tamaşanı və şagirdlərin fəallığını yüksək qiymətləndirdilər. Sonda 5 N-li tam orta  məktəbin direktoru Nərminə Gündüzlü liseyə həmin məktəbin  gənc rəssamı Zəhra Məmmədovanın     “Xocalım” adlı rəsm əsərini hədiyyə edib, “Xocalı adlı bir yurd vardı.....” motivasiya dərsinin iştirakçılarına isə   məktəb tərəfindən xüsusi hazırlanmış “İştirakçı sertifikatları”nı  təqdim etdi.