MEK-də Tovuz şəhidlərinin xatirəsi əbədiləşdirilib

Tarix : 2021/07/12 19:28     Kateqoriya : TƏHSİL    


	MEK-də Tovuz şəhidlərinin xatirəsi əbədiləşdirilib

MEK-də Tovuz şəhidlərinin xatirəsi əbədiləşdirilib
 
AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən Faktat.az-a verilən məlumata görə, AMEA Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondu tərəfindən Tovuz şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, onların həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, kitablar, şəkillərindən ibarət guşə hazırlanıb.
 
Qeyd edək ki, 12 iyul Vətən müharibəsində qazanılacaq qələbədən xəbər verən Tovuz döyüşlərindən bir il ötür.