Baş həkimdən hədə-qorxu ilə pul tələb edən redaktor tutulub

Tarix : 2021/07/12 19:56     Kateqoriya : ARAŞDIRMA    


	Baş həkimdən hədə-qorxu ilə pul tələb edən redaktor tutulub

www.sheffaf.azxəbər portalının baş redaktorunun 36 nömrəli şəhər poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə Sabunçu Rayon Prokurorluğuna müraciət daxil olub.

Sabunçu Rayon Prokurorluğunun Faktat.az-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahovun vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü www.azinfo.tvwww.sheffaf.azxəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək aldığı müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.