Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat

Tarix : 2021/07/14 11:13     Kateqoriya : İQTİSADİYYAT    


	Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat

2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaqdır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Faktat.az”-a verilən məlumata görə, həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaqdır. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaqdır. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulmuşdur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcəkdir. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcəkdir.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Rayon Ünvan Qeyd

Bakı şəhəri, Binəqədi

rayonu 8 mkr., Cəfərxəndan 52C kəsim və satış Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9 kəsim və satış

Bakı şəhəri, Xətai

rayonu Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2 kəsim və satış

Bakı şəhəri, Xəzər

rayonu Buzovna qəsəbəsi, H. Sadiq küçəsi 21 kəsim və satış Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78 kəsim və satış Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28 kəsim və satış Binə qəsəbəsi, Mərdəkan şosesi (Grandmarketin yanı) kəsim və satış

Bakı şəhəri, Qaradağ

rayonu Lökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMC kəsim və satış

Bakı şəhəri,

Nərimanov rayonu "Bakı Taxıl " ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26 kəsim və satış Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi kəsim və satış "50 Qəpik" mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi kəsim və satış

Bakı şəhəri, Nizami

rayonu Heydər Əliyev prospekti 92, “ESE” MMC kəsim və satış Heydər Əliyev prospekti 92, “Bəsit” firması kəsim və satış M. Abbasov küçəsi, 2405-ci məhəllə kəsim və satış Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217 kəsim və satış Çobanzadə küçəsi 63 kəsim və satış

Bakı şəhəri, Pirallahı

rayonu Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi kəsim və satış

Bakı şəhəri, Sabunçu

rayonu Ramana qəsəbəsi, Şuşa küçəsi kəsim və satış Zabrat qəsəbəsi, Babək küçəsis kəsim və satış

Bakı şəhəri, Səbail

rayonu Gülbala Əliyev küçəsi 20 kəsim və satış

Gəncə şəhəri Müseyib Bağırov küçəsi yalnız kəsim Kəpəz rayonu, Sadıllı qəsəbəsi yalnız kəsim Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığı yalnız kəsim

Lənkəran şəhəri Lənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış

Mingəçevir şəhəri Ərəş küçəsi kəsim və satış Təbriz küçəsi kəsim və satış

Sumqayıt şəhəri Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A kəsim və satış Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMC kəsim və satış

Şəki şəhəri Mikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMC yalnız kəsim Salman Mümtaz küçəsi yalnız satış

Şirvan şəhəri Heydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış

Yevlax rayonu Aşağı Bucaq kəndi kəsim və satış Salahlı kəndi kəsim və satış Yevlax rayon, Aran qəsəbəsi kəsim və satış

Abşeron rayonu Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsi yalnız kəsim Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMC kəsim və satış Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMC kəsim və satış Abşeron rayonu, Məmmədli kəndi kəsim və satış

Ağcabədi Rayonu Xocavənd kəndi yalnız kəsim Aşağı Avşar kəndi kəsim və satış

Ağdaş rayonu Ağdaş rayonu, H. Əliyev pr. 169 yalnız kəsim Ağdaş rayonu, Heyvan bazarı yalnız satış

Ağstafa rayonu Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış

Balakən rayonu Balakən şəhəri, N. Rəfibəyli küçəsi 7 yalnız satış

Beyləqan rayonu Şəfəq qəsəbəsi (Ziyarətgah) kəsim və satış Şəfəq qəsəbəsi (Ziyarətgah) kəsim və satış

Bərdə rayonu Qaradağlı kəndi kəsim və satış

Biləsuvar rayonu Biləsuvar şəhər H. Əliyev küçəsi yalnız satış

Cəlilabad rayonu Cəlilabad şəhəri, Qurtuluş pr-76 yalnız satış

Füzuli rayonu Bala Bəhmənli kəndi yalnız satış

Gədəbəy rayonu Gədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsi yalnız kəsim Yenikənd kəndi yalnız satış

Goranboy rayonu Goranboy-Goran avtomobil yolunun 2-ci km-i, yolun sol hissəsi, Goranboy Rayon Su-Kanal İdarəsinin həyəti (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış

Göyçay rayonu Göyçay rayonu, Cəyirli kəndi yalnız kəsim Qarabaqqal kəndi, heyvan bazarı yalnız satış

Göygöl rayonu Göygöl şəhəri, A. Şadlinski küçəsi 1 yalnız kəsim Qızılqaya qəsəbəsi yalnız kəsim Qızılca bələdiyyəsi ərazisi kəsim və satış

Xaçmaz rayonu Qaraqurdlu kəndi, “Şahdağ süd və ət” MMC kəsim və satış

İsmayıllı rayonu İsmayıllı şəhəri H. Əliyev pr. 7, "Yaşıl market" ticarət kompleksi kəsim və satış

Qax rayonu Qax şəhəri, İ. Dağıstanlı küçəsi 1 yalnız satış

Qazax rayonu Qazax şəhəri, Nəriman Nərimanov küç. 72A yalnız kəsim Qazax şəhəri, Nəriman Nərimanov küçəsi yalnız satış

Qəbələ rayonu Qəbələ şəhəri, H. Əliyev pr. 9 yalnız satış

Qobustan rayonu Qobustan şəhəri, E. Vəliyev küçəsi kəsim və satış

Quba rayonu Quba şəhəri, "Dəvədabanı" yaşayış massivi kəsim və satış

Qusar rayonu Qusar şəhəri, Çingiz Qurbanov 10A kəsim və satış

Masallı rayonu Masallı şəhəri, H. Aslanov küçəsi yalnız satış Masallı şəhəri, H. Aslanov küçəsi yalnız satış

Neftçala rayonu Neftçala şəhəri, M. Əsədov küçəsi yalnız satış

Saatlı rayonu Saatlı rayonu, Sarıcalar kəndi kəsim və satış

Salyan rayonu Ələt-Astara magistral avtomobil yolunun (köhnə) 58-ci km-i yalnız kəsim Salyan rayonu, heyvan bazarı, kəsim məntəqəsindən 3-4 km aralı yalnız satış

Samux rayonu Tatlı kəndi kəsim və satış

Siyəzən rayonu Siyəzən rayonu, 1 saylı heyvan kəsim məntəqəsi kəsim və satış

Şabran rayonu Şabran şəhəri, M. Müşviq küçəsi 7 kəsim və satış

Şamaxı rayonu Şəhriyar qəsəbəsi, "Şirvan" ticarət kompleksi kəsim və satış

Şəmkir rayonu Həbibli-1 MMC, Şəmkir şəhəri, 20 yanvar küç. 35 (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış

Tərtər rayonu Tərtər şəhəri, Cavanşir küçəsi 84 yalnız kəsim Tərtər şəhəri, F. Qulami küçəsi yalnız satış

Tovuz rayonu Tovuz şəhəri, Musa Musayev küçəsi yalnız kəsim Qovlar şəhəri, Vağzal küçəsi yalnız kəsim Tovuz rayonu, Ceyrançöl ərazisi, "Tovuz Agro" MMC yalnız kəsim Aşağıquşçu kəndi, heyvan bazarı yalnız satış

Zaqatala rayonu Aşağı Tala kəndi yalnız kəsim Muxax kəndi kəsim və satış Əliabad qəsəbəsi kəsim və satış

Zərdab rayonu Zərdab şəhəri, Füzuli küçəsi 17 kəsim və satış