Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdırılıb - FOTO

Tarix : 2021/07/19 21:44     Kateqoriya : SƏHİYYƏ    


	Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdırılıb - FOTO

Bu gün "Azərbaycan Hava Yolları"nın təyyarəsi ilə Bosniya və Herseqovinaya paytaxtı Sarayevo şəhərinə koronavirusa qarşı 40 min peyvənd çatdırılıb.

Bu barədə Faktat.az”-a AZAL-dan bildirilib.

Xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq həmçinin Tacikistana 40 min "AstraZeneca" vaksinin dozası çatdırılacaq.