COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Tarix : 2021/07/19 21:47     Kateqoriya : SƏHİYYƏ    


	COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 483 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Faktat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 302 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 581 000, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 839 təşkil edir.