Ukrayna səfiri və ailəsindən xalqımıza Qurban bayramı təbriki

Tarix : 2021/07/19 22:00     Kateqoriya : SİYASƏT    


	Ukrayna səfiri və ailəsindən xalqımıza Qurban bayramı təbriki

Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskiy ailəsi ilə birlikdə müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.  

Faktat.az-ın yazdığına görə, səfir bu barədə şəxsi tvitter səhifəsində videomüraciət yayıb.

Təbrikdə deyilir ki, Azərbaycanda və eləcə də, Ukraynada yaşayan bütün müsəlmanları bayram münasibətilə təbrik edirlər. Müraciət bu sözlərlə tamamlanır: "Qurban bayramı mənəvi birlik və həmrəylik rəmzidir. Qardaş Azərbaycan xalqı, bayramın mübarək!".