Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub

Tarix : 2021/07/20 18:02     Kateqoriya : SİYASƏT    


	Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub

İyulun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Faktat.az-a bildiriblər ki, telefon söhbəti zamanı nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birilərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.