Xocalıda tikinti şirkətinin iki əməkdaşı piyada əleyhinə minaya düşərək xəsarət alıb

Tarix : 2021/07/22 11:34     Kateqoriya : ARAŞDIRMA    


	Xocalıda tikinti şirkətinin iki əməkdaşı piyada əleyhinə minaya düşərək xəsarət alıb

İyulun 21-də saat 23 radələrində iki nəfərin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat verilib.

Xocalı Rayon Prokurorluğunun Faktat.az-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.