Media nümayəndələri və onların ailə üzvləri üçün “Açıq qapı” günləri

Tarix : 2021/07/22 17:47     Kateqoriya : MƏDƏNİYYƏT    


	Media nümayəndələri və onların ailə üzvləri üçün “Açıq qapı” günləri

Mədəniyyət naziri Anar Kərimovun qərarına əsasən 22-25 iyul tarixlərində Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə media nümayəndələri və onların birinci dərəcəli ailə üzvləri (valideynlər, həyat yoldaşı, bacı-qardaş və övladları) üçün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərə giriş sərbəst olacaq.

Nazirlikdən Faktat.az”-a verilən məlumata görə, muzeylərin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.