TƏBİB-in Çağrı mərkəzi yaradılır

Tarix : 2021/07/23 12:25     Kateqoriya : SƏHİYYƏ    


	TƏBİB-in Çağrı mərkəzi yaradılır

Pandemiya dövründə 1122 ictimaiyyət nümayəndəsinə psixoloji dəstək göstərilib.

Faktat.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər Departamentinin Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı "Medianın psixi sağlamlıqda rolu" adlı təlimdə bildirib.

N. Osmanlının sözlərinə görə, bunlardan 459-u COVID-19 xəstəsi, 301-i isə psixopotologiyalarla bağlı olub:

"Əsas şikayətlər koronavirusun yaratdığı stress, boğulma, karantin dövründə sosial problemlərlə bağlı idi".

O deyib ki, müharibə dövründə terrordan əziyyət çəkmiş mülki əhaliyə yardımlar göstərilib:

"Gəncədə 189, Bərdədə 265, Tovuzda 156 nəfərə, eləcə də 143 terror qurbanına dəstək verilib".

TƏBİB rəsmisi qeyd edib ki, 1385 qaziyə psixoloji dəstək göstərilib.