Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

 
Tarix : 2021/08/15 18:26     Kateqoriya : SİYASƏT    


	Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

	 

Avqustun 15-də saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Faktat.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.