Ayətullah Məkarim Şirazi Azərbaycan xalqını təbrik edib

Tarix : 2022/01/12 15:08     Kateqoriya : SİYASƏT    

Ayətullah Məkarim Şirazi Azərbaycan xalqını təbrik edib Ayətullah Məkarim Şirazi Fatimeyi Zəhra (s.ə) məscidinin açılışı münasibətilə Azərbaycan xalqını təbrik edib. Faktat.az-ın xəbərinə görə, məktubda deyilir: "Allahın adı ilə Salam və təhiyyətlə Bu yaxınlarda öyrəndik, Allaha şükürlər olsun ki, Bakıda Həzrəti Fatimə Zəhra (s.ə) adına olan məscid açılıb və orada camaat namazı qılınıb. Azərbaycan Respublikası şiələrini və xüsusən də o bölgənin alimlərini təbrik edərkən bu məscidin yenidən qurulmasında, başa çatdırılmasında və açılışında əməyi olan Hər bir məsul şəxsə təşəkkür etməyi lazım bildik."