Tünzalə  Cavadova: Xocalı Soyqırımı  - XX əsrin ən dəhşətli faciəsidir!

Tarix : 2016/02/26 13:10     Kateqoriya : SOSİAL    


	Tünzalə  Cavadova: Xocalı Soyqırımı  - XX əsrin ən dəhşətli faciəsidir!

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilmışdır. Tədbirdə Xocalı faciəsi ilə bağlı Xəzər rayon Gənclər və İdman İdarəsi, Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyi və Mərdəkan Bələdiyyəsinin nümayəndələri şagirdlərə müfəssəl məlumat vermişdir.

Tədbiri giriş sözü ilə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əiyev açmışdır. O, Xocalıda xalqımızın başına gətirilən faciədən şagirdlərə geniş və ətraflı məlumat vermişdir və bildirmişdir ki, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri Tünzalə Cavadova bildirilmişdir ki, Xocalı Soyqırımı - XX əsrin ən dəhşətli faciəsidir. Tədqirəlayiq haldır ki, “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildə təsis edilmişdir. “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasının apardığı uğurlu işlərin nəticəsidir ki,  ABŞ-ın 7 ştatı bu soyqırımını tanıyıb, bundan əlavə Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.

Tədbirdə Xəzər rayon məktəbliləri arasında keçirilmiş "Müharibə uşaqların gözü ilə" adlı yazı inşa və rəsm müsabiqəsinin ilk üç yerinin qalibləri də mükafatlandırılmışdır.