Səbail rayonunun «Şıx» yamacında «Ekoloji park» salınır-FOTO

Tarix : 2016/02/29 12:04     Kateqoriya : SOSİAL    


	Səbail rayonunun «Şıx» yamacında «Ekoloji park» salınır-FOTO

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən Səbail rayonu Bibiheybət qəsəbəsindəki «Şıx» yamacındakı 50 ha sahədəki dağ massivində Səbail Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə  “Ekoloji park”ın yaradılması ilə bağlı böyük layihənin həyata keçirilməsi işlərinə başlanmışdır.

            Bu barədə məlumat verən Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev bildirmişdir ki, nəzərdə tutulan işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən  168 metr hündürlükdə 250 kub. metr tutumlu 1 əsas və 60 kub.metr tutuma malik 2 köməkçi su rezeyvuarları quraşdırılmış, burada tətbiq ediləcək damcı üsusi ilə suvarma sistemi üçün müxtəlif diametrli 3,7 km uzunluğunda polad və plastik borulardan əsas paylama, 39,0 km uzunluğunda köməkçi xətlər çəkilmiş, 2 ədəd yüksək təzyiqli su nasosu quraşdırılmış, nasosların elektrik təminatı üçün yeni elektrik xətləri çəkilmişdir.

  Səbail rayon İcra Hakimiyyətindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin köməyi ilə “Ekoloji park”da 150 minə yaxın ağacın əkilməsi nəzərdə tutulmuşdur. Burada ağaclar üçün çalalar qazılmış, lazımi gübrələr alınmış, artıq 30 min ədəd yeni ağac əkilmişdir. Əlavə ağacların əkilməsi mövsüm ərzində davam edəcək, il boyu isə əkilən ağaclara qulluq göstərilməsi Rayon İcra Hakimiyyətinin ciddi nəzarətində saxlanacaqdır. 

  Kəskin dağ yamacı, böyük maillik olan ərazidə yerli iqlimə uyğun Eldar şamı, oleandr və digər ağacların əkilməsi nəzərdə tutulmuşdur. Bu ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə bir töhfə olacaqdır.   

Gələcəkdə parkın dağ yamacı boyunca Su İdmanı Sarayı istiqamətində genişləndirilməsi nəzərdə tutulmuşdur.