Kiçik cüdoçüların böyük qələbələri

Tarix : 2016/02/28 12:11     Kateqoriya : İDMAN    


	Kiçik cüdoçüların böyük qələbələri

Bakı şəhərində Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar mövcud tədbirlər planına uyğun olaraq cüdo üzrə silsilə tədbirlər keçirilib.

   Fevralın 28-də Bakıda “Bərgüşad” İdman Klubunun təşkilatçılıgı ilə Cüdo üzrə yeniyetmələr arasında turnir keçirilib. Turnirdə iştirak edən klublar arasında “Atilla” İdman Klubunun yetirmələri 27 kq, 30 kq, 34 kq və 38 kq çəki dərəcələrində  bu dəfə də rəqiblərindən üstün olublar.

Turnirdə 30 kq çəki dərəcəsində Elcan Hacalı və 34 kq çəki dərəcəsində isə onun qardaşı Xaqan Hacalı 1-ci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 20 saylı məktəb-liseyin 4 və 6-cı sinfində təhsil alan Hacalı qardaşları cüdo üzrə keçirilən yarışlarda dəfələrlə qüksək nəticələr qazanıblar. Qalib idmançılar idman klubu tərəfindən təsis edilmiş diplomlarla mükafatlandırılıblar.

Xatırladaq ki, Elcan Hacalı və Xaqan Hacalı qardaşları əməkdar jurnalist Elnur Hacalıyevin oğlanlarıdır.