Kəmaləddin Heydərov Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Tarix : 2016/03/02 14:44     Kateqoriya : SOSİAL    


	Kəmaləddin Heydərov Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 2-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, nazir Kəmaləddin Heydərov hər iki ölkə arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, qarşılıqlı səfər və görüşlərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaratdığını söyləmişdir.

O, qonaqlara Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında ətraflı məlumat vermiş, Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulamışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən general Rəşad Mahmud bildirmişdir ki, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıq Pakistan üçün əhəmiyyətlidir. Qonaq vurğulamışdır ki, təmsil etdiyi qurum bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.     

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, həmçinin, Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.