Bəşər Əsəd: «Siyasi taleyim təkcə suriyalıların iradəsindən asılıdır»

Tarix : 2016/03/02 15:20     Kateqoriya : DÜNYA    


	Bəşər Əsəd: «Siyasi taleyim təkcə suriyalıların iradəsindən asılıdır»

Yalnız Suriya vətəndaşlarının kimin prezident olacağına dair qərar qəbul etmək hüququ vardır.
 
TASS informasiya agentliyİ xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd Almaniyanın ARD telekanalına müsahibəsində bəyan edib.
 
“Mən, təbii ki, istefaya getmək niyyətində deyiləm. Bu bizim işimiz, Suriyanın işidir. Mənim siyasi taleyim təkcə suriyalıların iradəsindən asılıdır” - deyə Suriya Prezidenti vurğulayıb.